Xəbər lenti

Dünya 11:37 18.03.2019

Yeni Zellandiyada silahlanma qanunu dəyişdirilir

Yeni Zellandiyada silahlanma qaydalarının dəyişdirilməsi barədə qərar çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Nazir Casinda Ardern məlumat verib. İslahatlarında detalları növbəti həftə açıqlanacaq. Ölkədə avtomatik silahların satışının qadağan edilməsi gözlənilir.

Qeyd edək ki, ötən günlərdə Yeni Zellandiyada 2 məscidə təşkil edilən hücumda 50 nəfər qətlə yetirilib. Terror hadisəsində lisenziyalı avtomatik silahdan istifadə edilib.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?