Dünya 20:40 29.10.2020

Yerə təhlükə: Apofis asteroidində qorxunc fenomen aşkarlandı

Havay Universiteti Astronomiya İnstitutundan olan bir qrup alim Apofis asteroidinin hərəkətində 2068-ci ildə bu səma cisminin Yerlə toqquşma ehtimalına təsir edə biləcək dəyişikliklər aşkarlayıb.


Qaynarinfo xəbər verir ki, bu haqda universitetin saytında dərc olunmuş məqalədə bildirilib.


Asteroid üzərində aparılan müşahidələr zamanı tədqiqatçılar Apofisin Yarkovski effekti səbəbiylə öz orbitindən ildə 170 metr kənarlaşdığını, bununla da asteroid səthinin istilik radiasiyası səbəbiylə gündüzlər qızıb, gecələr soyuması nəticəsində zəif reaktiv impuls aldığı təsbit olunub.


Bu effektin aşkarlanmasından əvvəl, elm adamları 2068-ci ildə Yerlə potensial toqquşmanın mümkünsüz olduğuna inanırdılar, lakin indi tədqiqatçıların toqquşma ehtimalını müəyyənləşdirmək üçün əlavə müşahidələr aparmaları lazımdır.


Qeyd edək ki, 325 metr ölçülü Apofis asteroidi 2004-cü ildə kəşf edilib. Kəşf böyük qarışıqlığa səbəb olub - hesablamalar göstərir ki, qədim Misirin şər və fəlakət tanrısının adını daşıyan Apofisin 2029-cu ildə Yer ilə toqquşması ehtimalı yüzdə 2,7-dir. Bundan sonra elm adamları 13 aprel 2029-cu il tarixində asteroidin Yerin mərkəzindən 37,6 min kilometr aralı uçacağını hesablayaraq bu təhlükəni rədd ediblər.

 

Alpər