Dünya 17:22 28.01.2021

Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir

Ermənistanın paytaxtı Yerevanın "Respublika” meydanında hakimiyyətin dəyişməsi tələbilə aksiya keçirilir.

Qaynarinfo xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.

Bildirilib ki, etiraz aksiyasında müxtəlif siyasi partiyaların nümayəndələri, ictimai xadimlər və fəal vətəndaşlar iştirak edir.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumətin istefasını istəyir, bununla bağlı şüarlar söyləyirlər.