Ölkə 20:40 06.12.2019

Yevda Abramov vəfat etdi

Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-a deputatın yaxınları məlumat verib.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Yevda Abramov bir müddətdir xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Allah rəhmət eləsin!