Avstraliya İdman Komissiyası və Avstraliya Ordusu 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkə idmançılarının daha uğurlu çıxış etməsi üçün bərabər çalışacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə rəsmi açıqlamada bildirilir. Qeyd edilir ki, idmançıların fiziki cəhətdən güclənməsi üçün iki qurum arasında təzyiq altında performans, zədələrin qarşısının alınması və istedadların yüksək performansa çeviriləsi sahəsində bərabər fəaliyyət göstəriləcək.
Avstraliya İdman Komissiyasının direktoru Peter Konde işbirliyinin avstraliyalı idmançı və məşqçilərin potensialını artıraraq daha çox medal qazanmasına xidmət edəcəyini bildirib: "Bu proqram 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarında mübarizə aparacaq 120 nəfərdən ibarət idmançı, məşqçi və performans qruplarına fayda verəcəyini düşünürük".
Şərhlər