Xəbər lenti

İdman 18:10 20.10.2021

Yığmamız böyük hesabla uduzdu

Qadınlardan ibarət  U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
 
Qaynarinfo xəbər verir ki, komanda Norveç millisi ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə nəticələnib - 0:7.
 
Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 23-də italiyalı həmyaşıdlarına qarşı keçirəcək. Millimiz A Liqasının 7-ci qrupunda İtaliya, Norveç və Polşa ilə maübarizə aparır. 
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?