İdman 14:55 08.12.2021

Yığmamızın AÇ-də qarşılaşacağı rəqiblər müəyyənləşdi

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız 2-ci qrupda Türkiyə, Bolqarıstan və Lüksemburqla ilə mübarizə aparacaq. 

Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.

Avropa çempionatının final mərhələsi isə 2023-cü ildə Maltada keçiriləcək.

Səbuhi Həsənov