Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edildi

Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının səlahiyyətlərindən biri ləğv edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Qaynarinfo-nun məlumaına görə, dəyişiklik avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılması ilə bağlıdır.

Qərara əsasən, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verilməsinə dair səlahiyyəti ləğv edilib.

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR