Yollarımız qışa hazırdırmı?

Yollarımız qışa hazırdırmı?

Son iki ildə Azərbaycanda qış sərt keçməsə də, bu il "tilsim"in qırılacağı gözlənilir. Qış aylarında yağıntıların olması təbii olaraq yollarda nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradır. Yolların vaxtında qardan təmizlənməməsi, bu bağlamış yollara duz və qumun tökülməməsi və problemlər sadlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) günhlandırılır. Qurumun qışa hazır olmadığı iddia edilir.

Qurumun mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, keçən ildən AAYDA ilk dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tədbirlər planı hazırlanıb: "Keçən il Bakı şəhərinin mərkəzi küçələrinə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən, Bakı şəhərinin əsas prospektləri, yolları və şəhərtrafı yolları isə agentlik tərəfindən nəzarətə götürüldü. Maşın-texnika və avadanlıqlar əraziyə gətirildi. Biz çalışdıq ki, problemlər yaşanmasın. Çünki bundan əvvəlki illərdə problemlər yaşanırdı. Bölgü aparılmasına baxmayaraq, hər hansı problem yaşanarsa, Bakı Şəhər İcra Hakimiyyəti öz texnikası və canlı qüvvəsi ilə bizə kömək edə bilər və yaxud, əksinə biz agentlik olaraq, Bakı Şəhər İcra Hakimiyyətinə kömək etməyə hazırıq".

Nəcəfli bildirib ki, bu il də bölgü qüvvədədir və bütün avadanlıqlar saz vəziyyətə gətirilib. Kifayət qədər duz ehtiyyatı toplanılıb. Ehtiyac yaranacağı təqdirə, müvafiq müqavilə ilə yenə duz alına bilər.

"Respublikamızın yollarında belə problem yarandığı təqdirdə AAYDA-nın məhdud məsuliyyətli cəmiyyətlərinin texnikaları da hazırdır. Bakıda qış özünü göstərməsə də, bölgələrimizdə kifayət qədər göstərir. Qar yağır. Düzdür, yollarda buzlaşma baş verməyib, amma bir neçə dəfə qar yağıb. Biz tam olaraq, yollarda hərəkətin təmin olunması istiqamətində işlər görmüşük", - o vurğulayıb.

Nəcəflinin sözlərinə görə, rayonlarda olan MMC-lər də tam olaraq duz ehtiyatı ilə təmin edilib və ehtiyac olacağı təqdirdə əlavə verilə bilər: "AAYDA qurum olaraq qışa hazırdır" dedikdə, duz, qum və yanacaq ehtiyatını, texnikanın hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Amma sürücülərin hansısa problemlə bağlı yollarda qalması qaçılmazdır. Buna görə sürücülər diqqətli olmalıdır. Qarın yağması təbiət hadisəsidir. Maşın mexanizmlər bir tərəfdən qarı təmizləyib digərinə keçənə qədər həmin yer yenə qarla dolu ola bilər. Bu səbəbdən də sürücülərimiz diqqətli olmalıdırlar".

Sonda Nəcəfli vurğulayıb ki, Bakı şəhərində bir neçə ərazi problemli yer hesab edilir. Buna görə də AAYDA öncədən problemlərin ola biləcəyini nəzərə alaraq, texnikanı hazır vəziyyətə gətirib. Yəni, problem yaranarsa, dərhal müdaxilə etmək imkanları mövcuddur.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR