Ölkə 16:43 23.04.2021

Yoluxma azaldı, sağalanların sayı artdı - Günün statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, 2191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib. 30 716 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3 164 974 test icra olunub.

Azərbaycanda son sutkada 14424  nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6225 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1 396391  nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 926076 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470315  nəfərdir.