Dünya 21:38 25.08.2019

Yük təyyarəsi xarab oldu, 200-ə yaxın uçuş təxirə salındı

Çinin Nançan şəhər beynəlxalq hava limanında xarici şirkətlərdən birinə məxsus yük təyyarəsi uçuş-enmə zolağında xarab olub.

Qaynarinfo xəbər verir ki, yerli vaxtla gecə saat 03.00 radələrində havaya qalxmağa çalışan təyyarənin mühərriklərində nasazlıq yaranıb. Nəticədə pilot qəza əyləc sistemini işə salaraq təyyarəni dayandırıb. 

Bu zaman təyyarənin şassiləri partlayıb və zolağın asfalt örtüyü zədələnib. Bu hava limanında təyyarələrin enməsi və qalxmasında fasilə yaranıb, 196 reysin ləğv edilməsi və gecikməsinə səbəb olub.

Təxminən 11 saat sonra nasaz təyyarə uçuş zolağından uzaqlaşdırılıb. Ondan sonra hava limanında uçuşlar bərpa olunub.