Sağlamlıq 12:45 23.05.2020

Yüksək qan şəkərini göstərən simptomla

ABŞ alimləri qanda şəkərin yüksək olduğunu göstərən simptomlardan danışıb. Bir insanda bu simptom varsa, o zaman şəkərli diabetin inkişafı üçün yoxlanılması lazımdır.

Qaynarinfo xəbər verir ki, burada söhbət epidermisin stratum korneumunda nəm səviyyəsinin azalması - kserozdan gedir. Bunun nəticəsində dəri soyulur, kobudlaşır və quruyur, hətta qaşınma da mümkündür. Alimlər deyirlər ki, diabet xəstəliyində dəri problemləri çox vaxt mümkündür. Dirsəklərdə və ayaqlarda çatlar əmələ gəlir. Bu, qlükozanın bədənin maye itkisinə təsiri ilə əlaqədardır.

Bu simptomları qulaqardına vurmamalısınız, çünki bu şəkərli diabetin kompleks formasının inkişafına səbəb ola bilər.

Onu da əlavə etmək lazımdır ki, koronavirusu olan ağır xəstələr arasında diabet xəstələri çoxdur. Hematoloji xəstəlikləri olan vətəndaşlar ilk risk qrupundadır, buna görə təhlükəsizlik tədbirlərini artırmalıdırlar.
 
Alpər