Yüksək vəzifəli məmurları döyən ulduz futbolçular həbs olundu (VİDEO)
"Zenit”in hücumçusu Aleksandr Kokorin və "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev həbs edilib.
Qaynarinfo "REN TV”yə istinadən xəbər verir ki, buna səbəb onların Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsü Viktor Solovyovu döyməsi olub.
Hadisə dünən baş verib və hər iki futbolçu sərxoş olub. Onlar Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döyüb. Hadisədən sonra zərərçəkmiş məmurlar xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili onun ciddi xəsarət aldığını və məsələ ilə bağlı cinayət işinin başladığını açıqlayıb. Hadisənin irqi zəmində baş verdiyi bildirilir.
Kokorin və Mamayevin sürücünü striptiz-klubdan sərxoş halda çıxdıqdan sonra döydüyü iddia olunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər