Xəbər lenti

Dünya 15:38 01.04.2020

Yunan alimlər iqlimin koronavirusa təsirini açıqladı

Yunan alimləri koronavirusun isti iqlimi olan ölkələrə nisbətən aşağı temperaturlu ölkələrdə daha sürətlə yayıldığına dair nəticəyə gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın "Katimerini" qəzetində dərc olunan məqalədə deyilir. "Biz temperaturun xəstəliyin yayılma dərəcəsinə aydın təsirini aşkar etdik", - pulmonoloq, professor Konstantinos Qurqulianis deyib.

Araşdırma nəticəsində yoluxma hallarının sayı ilə havanın istiliyi arasında bağlılıq müəyyən edilib. Nəticəyə görə, koronavirus infeksiyası təsdiqlənmiş halların sayı havanın temperaturu 0 ilə 18 dərəcə arasında dəyişən ölkələrdə daha yüksəkdir.

Bununla birlikdə, alimlər əmindirlər ki, infeksiyanın ümumi sayı da epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görən hökumətlərdən asılıdır. Digər bir amil yoluxmuş insanları sayma üsullarıdır.

Sübut kimi Afrikada koronavirus infeksiyası hallarının son dərəcə aşağı olduğu da araşdırmada yer alıb. Orada yoluxanların sayı 4 min nəfərdən bir qədər çoxdur.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->