Yunanıstanın paytaxtı Afinada minlərlə millətçi küçələrə axışaraq Makedoniya adına görə nümayiş təşkil ediblər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Makedoniya Yunanıstandır" deyən minlərlə şəxs Syntagma meydanında toplaşıb, daha sonra Afina mərkəzində nümayiş edib parlament binanısının qarşısında 150 metrlik bayraq asıblar.
Sol yönümlü fikirləri ilə bilinən məşhur bəstəkar Mikis Theodorakis aksiyada çıxış edib və "Ölkəsini sevən, haqqını tələb edən millətçi sayılmır. Bir Makedoniya var, o da əzəldən Yunandır və belə də qalacaq" deyib. Hüquq üzrə professor Yiorqos Kasimatis açıqlama ilə çıxış edərək "Bütün Yunanıstan bu gün burdadır və "Yox" deyir. Makedoniya adı başqa ölkə tərəfindən istifadə edilə bilməz" fikirlərini səsləndirib.
Qeyd edək ki, Makedoniya həm Yunanıstanda region adı, həm də Balkan bölgəsində ölkə adıdır. Bu məsələ iki ölkə arasında diplomatik maneəyə çevrilib.
Gülşən
Şərhlər