Xəbər lenti

Ölkə 13:39 09.03.2024

Yurdumuza yaz gəlir - 30 il sonra ilk dəfə bütün Azərbaycanda Novruz qeyd olunacaq

(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)
 
Yurdumuza yaz gəlir,
Tez barışsın küsənlər….
Şəkərbura, paxlava
Bəzək verir xonçaya!
Baharın nemətidir, elə obaya...

Yuxarıdakı misralarda deyildiyi kimi, artıq Azərbaycana yaz gəlir… Yurdumuz yazı toy-bayramla qarşılayır. 

Azərbaycan minillik adət-ənənənisini qoruyub saxladığı Novruz bayramına hazırlaşır. Bu bayram isə bu il ölkəmiz üçün xüsusi anlam kəsb edir. 

30 ildən sonra ilk dəfə olaraq bütünləşmiş Azərbaycanda, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda Novruz tonqalları qalanacaq, Novruz süfrələri açılacaq. Azərbaycan xalqı öz bayramını doğma yurd-yuvasında qeyd edəcək. 

Novruz bayramı, onun özünəməxsus milli atributları insanlarda xoş əhval ruhiyyə yaradır, yenidən birlik-bərabərlik təzahür edir. 

"Yeni gün” anlamını ifadə edən Novruz bayramı, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiya, İran, Pakistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, qeyd olunur. 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınıb, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.
 


Lakin bizim milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz bayramı həm də Baharın gəlişi, torpağın oyanışı ilə əlaqələndirilir.

Məhz Novruz adət-ənənələri özündə bu simvolları əks etdirir. Su, Yel, Od, Torpaq adı verilən 4 çərşənbə, səməni təbiətin oyanışını, süfrələrə düzülən 7 cür nemət bolluq və bərəkəti təcəssüm etdirir. Süfrələr qurulur, küsülülər barışır, gənclər papaq atır, tonqal qalayır, qulaq falına çıxır. Bu bayram özündə birliyi və bərabərliyi əks etdirir. Qohumluq əlaqələrini yenidən canlandırır, unudulmuş adət-ənənəlr enidən yada düşür. 

Azərbaycanın bəzi bölgələrində bayram günü kimi ilaxır çərşənbə deyin Torpaq çərşənbəsi xüsusi qeyd olunsa da, bəzi yerlərdə isə martın 20-21-i böyük coşqu ilə qeyd edilir. 
 
 

Novruzdan əvvəl 4 həftə ardıcıllıqla qeyd olunan çərşənbələr hm də bayrama hazırlıq kimi düşünülür. Hər çərşənbəyə qoyulan adlar həmin günlərdə odu, suyu, yeli, torpağı onunla bağlı oyanışı özündə əks etdirir deyə düşünülür. 

İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.

İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.

Üçüncü çərşənbə isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.

Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bu çərşənbədə isə torpaq oyanır, canlanır. Artıq ağaclar çiçək açmağa, təbiət yaşıl örpəyə bürünməyə başlayır.



Novruz Bayramının əsas atributları isə personajlar olan Kosa, Keçəl və Bahar qızıdır. Kosal ilə Keçəlin xoş məzhəkələri isə insanlarda gözəl əhval yaradır, üzlərdə təbəssüm olur. Novruz təbiətlə bərabər həm də ruhumuzun oyandığı, yeniləndiyi bayramdı.

Doğrudur, müasir zamanda Novruz adətləri tam yerinə yetirlməsə də, bəzən bəziləri təhrif edilsə də, bölgələrimzin bir çoxunda hələ də bu Novruz adətləri qorunub saxlanır. 

Novruz bayramı həm də birlik və bərabərliyi özündə əks etdirir.  

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->