İdman 22:18 11.01.2021

"Yuventus" ulduzunu itirdi - Son durum

İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə matçda (3:1) zədələnən "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumuna aydınlıq gəlib.

 

Fanat.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.

 

Bu isə o deməkdir ki, Dibala ölkə çempionatında "Milan" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.