Xəbər lenti

Zahid Orucdan deputata SƏRT CAVAB
Siyasət 12:15 04.04.2013

Zahid Orucdan deputata SƏRT CAVAB

“Cavab reaksiyası təkcə notalarla və ayrı-ayrı şəxslərin dilindən verilən etiraz bəyanatları ilə məhdudlaşmayacaq”

“İrandan narazı olan və kəskin şəkildə onun idarəetmə sisteminə qarşı çıxan insanları təkcə Azərbaycanda axtarmaq lazım deyil. Bu, dünya miqyasında yüzminləri, bəlkə də, milyonları əhatə edir”.

Bunu Qaynar.info-ya Milli Məclisin deputatı Zahid Oruc iranlı deputatın Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, martın 30-da “Çağdaş Güney Azərbaycanın sabahı” adlı tədbirin keçirilməsini heç bir halda Azərbaycan hakimiyyətinin siyasəti, məqsədli olaraq kimlərinsə bir araya gətirilməsi  və İrana qarşı siyasi cəbhə açılması kimi dəyərləndirilməməlidir: “Həmin tədbir İranın parçalanması, bölünməsi və yerində yeni dövlətlərin qurulması ideyası ilə silahlanmamışdı. Orada daha artıq dərəcə ümumi haqlar, İrandakı müəyyən dəyişikliklər və.s məsələlər ön plana çəkilmişdi. Odur ki, bundan hədsiz narahat olmaq və mahiyyəti dəyişərək əsas tədbir və orada iştirakçıların bəyanatları, fikirləri, həqiqətən də, İran cəmiyyətində problemlərin nə dərəcədə mövcudluğunu unutdurmaq naminə tədbiri beynəlxalq xarici dairələrin icraçısı kimi dəyərləndirmək yanlışdır. Əslində, bu onlar üçün ənənəvidir, mənfi arqumentlərlə əvvəlki dövrdə xalq üzərində qururlmuş istismar ideologiyası ilə özünü pərdələmək və müdafiə etmək uduşlu görünür”.

Z.Oruc əlavə edib ki, İranın iddiaları yersizdir: “Mənim anlamımda İranda beynəlxalq həyatı izləyən, informasiya məkanına çıxışı olan insanlar və böyük sayda qruplar bilirlər ki, bu arqumentlər kəsərsizdir, yersizdir. Azərbaycanın azadlığı heç şübhəsiz ki, İranın mühafizəkar rejimini heç bir halda rahat buraxmır. Əslində, Qarabağda erməniləri möhkəmləndirmək, onu əleyhimizə təşkilatlandırmaq da bu maraqdan irəli gəlir. Onlar düşünürlər ki, bütövlük problemi olmayan və geniş iqtisadi-siyasi gücə malik olan Azərbaycan İranda da ən azı öz soydaşlarımızla bağlı proseslərə güclü təsir göstərə bilər. Ona görə də bu birləşmə və.s məsələlərdən danışanda ölkəmizi İranın bir ostanı səviyyəsində görmək meylini qabardırlar. Əgər burada tarixi qanunauyğunluqları nümayiş etdirmək istəyirlərsə, bu halda İran özünün əski tarixinə görə daha çox türk dövləti olub. 1920-ci illərdən başlayaraq dəyişən hakimiyyətlər, farsların daha üstün mövqeyə gəlməsi ayrıca bir söhbətin mövzusudur. Hesab edirəm ki, bizim ölkəmizin İran əleyhinə xüsusi hərəkətlərdə yer almadığını daha anlaqlı qiymətləndirməlidirlər. Onların hər bir hadisədə özünə qarşı təhlükə görmək, xoflanmaq, bundan irəli gələrək münasibətlərə zərbə endirmək kimi mövqeləri qüsurludur. Onsuzda Azərbaycanın beynəlxalq təsirlər fonunda İranın  əleyhinə olan bloklara qoşulmayıb. Bunu görməmək və ya görməzdən keçmək o deməkdir ki, İranın siyasi qərar sahibləri xaotik bir durumdadırlar, vəziyyəti düzgün dəyəndirmək imkanlarını tamamilə itiriblər”.

Millət vəkili qeyd edib ki, İranın məsələyə cavab reaksiyası bir neçə istiqamətdə olacaq: “Cavab reaksiyası təkcə notalarla və ayrı-ayrı şəxslərin dilindən verilən etirazlar bəyanatları ilə məhdudlaşmayacaq. Çox ehtimal ki, Azərbaycanın sərhəd bölgələrindən, xüsusilə də etnik mənsubiyyətli şəxslərin ölkə əleyhinə danışdırılmasını stimullaşdıracaqlar, həmçinin mümkündür ki, İranda işləyən azərbaycanlıları təbii ki, onları iqtisadi stimullaşdırmaq şərtləri ilə ölkəmiz əleyhinə danışdıracaqlar. Xüsusilə də dindar inanclı kəsimdən istifadə edə bilərlər. Amma onu da unutmasınlar ki, bu, bütün hallarda İranın özünün əleyhinə çevriləcək. Onsuz da kifayət qədər müttəfiqlərini itirmiş bir dövlətin Azərbaycanın timsalında özünə düşmən qazanması o qədər uğurlu siyasət sayılmır”.

Qeyd edək ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə münasibət bildirərkən deyib ki, əgər birləşmək məsələsi varsa, Azərbaycan İrana birləşəcək: “Təəssüflər olsun ki, bir müddətdir amerikalılar və sionistlərin təsiri ilə qonşu İslam ölkəsi olan Azərbaycandan bəzi zümzümələrin şahidi oluruq. Əgər proses baş verərsə, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana - öz ana diyarına qayıtmalıdır və bunun əksi baş verməyəcək. Azərbaycanlı həmvətənlər öz islami baxışını nəzərə alaraq, bir islam quruluşunda yaşamaqda maraqlıdırlar”.

İlkin
Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->