Tanınmış teleaparıcı Zaur Kamal qonaq olduğu məclislərin birində insidentə səbəb olub.
Publika.az-a daxil olan məlumata görə, ötən gün “Xudafərin” şadlıq sarayındakı toyda qonaq olan teleaparıcı tamadanın onu mikrofona dəvət etməyindən bərk əsəbləşib və ona kəskin şəkildə etirazını bildirib. Z.Kamalın bu hərəkəti məclisdəkilərin də diqqətindən yayınmayıb.
Tamadanın onun adını israrlı şəkildə çəkməyindən daha da əsəbləşən Z.Kamal əl-qol hərəkətləriylə ona etirazını bildirib.
Qaynar.info
Şərhlər