"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən gözləntilər böyükdür”.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya XİN Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova bildirib:
"Bizim fikrimizcə, bu görüş iki dövlət, o cümlədən gündəmdə olan məsələləri həll etmək üçün zəruridir”.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar yaxın vaxtlarda görüşəcəyini açıqlamışdı.
Şərhlər