Xəbər lenti

Zaxarova: “Azərbaycan və Ermənistan nazirlərinin görüşü müsbət nəticə verə bilər”
Siyasət 21:34 28.06.2018

Zaxarova: “Azərbaycan və Ermənistan nazirlərinin görüşü müsbət nəticə verə bilər”

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən gözləntilər böyükdür”.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya XİN Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarova bildirib:

"Bizim fikrimizcə, bu görüş iki dövlət, o cümlədən gündəmdə olan məsələləri həll etmək üçün zəruridir”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar yaxın vaxtlarda görüşəcəyini açıqlamışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->