"Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Vorotan kəndi yaxınlığında vəziyyətin inkişafı, sərhədlərin delimitasiyası və demorkasiyası prosesinə tezliklə başlanılmasının vacib olduğunu bir daha təsdiqləyir”.
"Qafqazinfo” xəbər verir ki. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan polisinin İranın yük maşınlarını Gorus-Qafan yolunda saxlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya delimitasiya və demarkasiya ilə bağlı təkliflərini həm Bakıya, həm də Yerevana təqdim edib.
"Gələcək kursu formalaşdırmaq üçün cavabın tezliklə verilməsini gözləyirik. Paralel olaraq, razılaşmaların ən yüksək səviyyədə yerinə yetirilməsinə uyğun olaraq bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün birgə səylərimizi davam etdirəcəyik”, - deyə Zaxarova qeyd edib.
Şərhlər