Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov “El” hərəkatının sədr müavini Zəfər Quliyevin Rüstəm İbrahimbəyovu dəstəkləməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gələcəkdə vahid namizəd məsələsi gündəmə gətirələcək və müzakirə ediləcək: “Zəfər Quliyev Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edirsə, buna normal yanaşıram. Burada başqa namizədlər də ola bilər. Bu namizədlər müzakirələrdən sonra konsensus yolu ilə bir araya gələ bilərlər. Yəni vahid namizəd Rüstəm İbrahimbəyov və ya qurumun üzvlərindən biri də ola bilər”.
H.Kərimov deyib ki, namizədlik məsələsi Milli Şuranın ümumi yığıncağında həll ediləcək: “Bu, partiya liderlərinin görüşündə həll olunmur. Hələklik vahid namizəd məsələsi gündəmə gətirilməyib”.
Şərhlər