Xəbər lenti

“Zəfər Quliyev İbrahimbəyovun namizədliyini müdafiə edirsə…”
Siyasət 12:57 03.06.2013

“Zəfər Quliyev İbrahimbəyovun namizədliyini müdafiə edirsə…”

“Bu Zəfər Quliyevin şəxsi fikridir. Hələlik Milli Şura ilkin yığıncağını keçirməyib. Milli Şuranın qarşıda duran fəaliyyət proqramı üzvlərə təqdim olunmayıb”. 

Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov “El” hərəkatının sədr müavini Zəfər Quliyevin Rüstəm İbrahimbəyovu dəstəkləməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, gələcəkdə vahid namizəd məsələsi gündəmə gətirələcək və müzakirə ediləcək: “Zəfər Quliyev Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edirsə, buna normal yanaşıram. Burada başqa namizədlər də ola bilər. Bu namizədlər müzakirələrdən sonra konsensus yolu ilə bir araya gələ bilərlər. Yəni vahid namizəd Rüstəm İbrahimbəyov və ya qurumun üzvlərindən biri də ola bilər”.

H.Kərimov  deyib ki, namizədlik məsələsi Milli Şuranın ümumi yığıncağında həll ediləcək: “Bu, partiya liderlərinin görüşündə həll olunmur. Hələklik vahid namizəd məsələsi gündəmə gətirilməyib”.

AXCP funksioneri Milli Şuranın ilk toplantısının keçiriləcəyi vaxtı da açıqlayıb: “Bu məsələdə partiya liderləri müzakirələr aparır. Yəqin ki, bu həftənin sonuna kimi Milli Şura ilk toplantısını keçirəcək”.

Qeyd edək ki, “El” hərəkatının sədr müavini Zəfər Quliyev GünAzTV-də “Həftə sonu” proqramının qonağı olub. Proqramda Milli Şura və müxalifətin vahid namizədi məsələsi ətrafında fikir mübadiləsi olub. Zəfər Quliyev deyib ki, Milli Şura oktyabrda keçiriləcək prezident seçkisinə Rüstəm İbrahimbəyovun namizədliyi ilə getməlidir.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->