Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.
V.Zelenski Ukrayna Dövlət Maliyyə Xidmətlərinin (DMX) rəis əvəzi Aleksandr Vlasova istefa ərizəsi yazmağı tapşırıb.
Odessa limanında keçirilən bir toplantıda prezident A.Vlasovdan bir neçə gömrük məmurunu işdən qovması tələbinin yerinə yetirilib-yetirilmədiyini soruşub. Onun sözlərinə görə, DMX rəis əvəzi sözügedən məmurları işdən qovacağına söz verib və bu barədə "Facebook”da yazıb.
Lakin V.Zelenski əlində olan sənədlərə əsasən öyrənib ki, həmin gömrükçülər işdən qovulmaq əvəzinə məzuniyyətə göndəriliblər. A.Vlasov onların həqiqətən qovulduğunu söyləsə də, bu, prezidenti qane etməyib.
DMX rəisinə "Sən məni axmaq hesab edirsən?” deyən prezident onun özünün işdən azad olunmasını tapşırıb.
Qeyd edək ki, V.Zelenski bir neçə gün əvvəl Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovmuşdu. (oxu.az)
Şərhlər