Dünya 17:21 02.12.2019

Zelenski Rusiyaya meyilli ukraynalıları ölkəni tərk etməyə çağırdı

Ukrayna prezidenti Vladimir Zelenski "Rusiya tərəfdarları" olan bütün ukraynalıları Rusiyaya köçməyə çağırıb.

Qaynarinfo Del Spigel nəşrinə istinadən xəbər verir ki, bu barədə o, qərb mətbuatına müsahibəsində deyib. Zelenski Rusiyanın pasport payladığını və hər kəsin yaşamaq istədiyi yeri sərbəst seçmək hüququ olduğunu ifadə edib. 

Ukrayna prezidenti həmçinin Rusiya pasportu almış ukraynalıları "yollarını azmış" adlandırıb. Bildirib ki, özünü rus hesab edənlərlə mübarizə aparmaq fikrindədir. 

"Ukraynada yaşamaq, onu ölkəniz adlandırmaq və eyni zamanda da Rusiya pasportu almağa çalışmaq səhv və ədalətsizlikdir", - deyə Zelenski bildirib.

Ukrayna lideri açıqlamasında Minsk sazişinin şərtləri ilə razılaşmadığını da diqqətə çatdırıb.
 
Camal