Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı

Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı

"Zəlimxan Yaqub bəstəkarlarla işləyən şair deyildi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Bəhlul Yaqubov həkim-cərrah Vasif İsmayılın Xalq şairi Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir” şeirinə bəstələnən mahnı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Zəlimxan Yaqub məhz bu səbəbdən şeirlərinə bəstələnən musiqilərə fikir bildirmirdi:

"Amma mən oğlu kimi deyə bilərəm ki, onun şeirlərinə bəstələnən musiqilərə xalq özü qiymət verir. Əgər yaxşı əsərdirsə, yaşayacaq, yaxşı əsər deyilsə, zaman onu sıradan çıxardacaq. Həkimin fikirlərinə hörmətlə yanaşıram”.

"Bu yaşıl ağacın altı bizimdir” mahnısına nə vaxtsa oynamısınız" sualına Bəhlul Yaqubovun cavabı belə olub:

"Xatırlamıram, mən oynayan adam deyiləm. Ola bilsin ki, nə vaxtsa olub, amma yadımda deyil. Amma bu mahnını çox eşitmişəm”.

Qeyd edək ki, həkim-cərrah Vasif İsmayıl Xalq şairi Zəlimxan Yaquba böyük haqsızlıq edildiyini bildirib. O, "Zəlimxan Yaqubun Azərbaycan şeirinin klassikasına çevrilmiş "Bu yaşıl ağacın altı bizimdir" şeirini toy mahnısına çevirdik. Azərbaycanda sənətə hörmət edən bəstəkar varsa, mütləq bu şeirə ciddi mahnı yazmalıdır” deyə bildirib.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X