Zəngəzur dəhlizi Azərbaycana nə verəcək? (ŞƏRH)

Zəngəzur dəhlizi Azərbaycana nə verəcək? (ŞƏRH)

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevrir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Prezident İlham Əliyevin keçirdiyi son mətbuat konfransında qeyd edilən məsələlərdən biri də üçtərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırması oldu:

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq:

"Gözlənilir ki, bu dəhliz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Bütövlükdə, ekonometrik qiymətləndirmələr də göstərir ki, regionun iqtisadi inkişafı davamlı sülhün qorunmasından keçir. İnanaq ki, daha qısa zamanda bütün region ölkələri bu reallığı tam qəbul edəcəklər”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR