Siyasət 18:38 27.10.2021

Zəngəzur dəhlizini təkcə bu cür qələmə vermək onun əhəmiyyətini azaldır (ŞƏRH)

"Zəngəzur dəhlizi böyük bir layihədir. Çünki bu, Türkiyə ilə Azərbaycanı birləşdirəcək yollardan ikincisidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
 
Politoloq bu layihədə iqtisadi maraqların böyük olduğunu önə çəkib:

"Hesab edirəm ki, Zəngəzur dəhlizini təkcə bütün türk dünyasını birləşdirəcək bir yol kimi qələmə vermək onun əhəmiyyətini azaldır. Burada iqtisadi maraqlar böyükdür. Müxtəlif ölkələrin, eləcədə də regionda olan ölkələrin kommunikasiyaları indi daha da inkişaf edərək iqtisadiyyata töhfə verəcək”.

Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəhlizi layihəsinin iştirakçıları təkcə Azərbaycanla Ermənistan deyil:

"İqtisadi faydanı görə biləcək ölkələr arasında İran, Rusiya, Şimal-Cənub dəhlizini nəzərə alsaq, Türkiyə, türk ölkələri, Xəzər vasitəsi ilə iqtisadi əlaqələr güclənə bilər. Bu baxımdan Zəngəzur dəhlizi böyük bir layihədir. Hesab edirəm ki, bu, münaqişə bölgəsinin daha çox gələcəyinə yol açan və sülhü, qonşuluq əlaqələrini inkişaf edtidrən bir layihə olacaq”.

Bahar Rüstəmli