Dünya 12:11 26.02.2021

Zərdüşt Əlizadə: “Ermənistan xalq və dövlət kimi dərin böhran içindədir”

"Ermənistanda qeyri-müəyyən vəziyyətdə qarşıdurma davam edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun fikrincə, hazırda Ermənistanda iki qüvvə üz-üzə dayanıb:

"Biri Qərb tərəfindən əhalinin böyük əksəriyyətinin müdafiə etdiyi Paşinyan, o biri isə Rusiyanın müdafə etdiyi Qarabağ klanı və müharibəni uduzmuş ordunun rəhbərliyi. Onlardan hansının qalib gələcəyini bəri başdan demək çətindir. Hər iki tərəf müəyyən bir gücə arxalanır. Ordunun gücü tank, əsgərlər, ordu-qoşun hissələrindədir. Amma onlar da indi açıq şəkildə gücü tətbiq etməkdən çəkinirlər. Çünki Qərbin gücü ola bilər, üstəlik Fransa və Amerikanın erməni diasporu öz hökumətlərinin göstərişi ilə onlara qarşı kəskin çıxış elədi. Ermənistan diasporlardan asılı olan bir dövlətdir”.

Zərdüşt Əlizadə hesab edir ki, bu vəziyyətdə əhalinin əksəriyyəti Paşinyanın arxasındadır, lakin:

"Hər halda bu, bütövlükdə Ermənistanın xalq və dövlət kimi dərin böhran içində olduğunu göstətir”.

Bahar Rüstəmli