İdman 15:53 08.10.2019

"Zirə" Samir Abasovu istefaya göndərdi

Bu gün "Zirə" klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı "Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

"Zirə” Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.