İdman 21:30 18.09.2021

Zirədə qollu bərabərlik qeydə alındı

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, turun ilk günündə daha bir oyun keçirilib. Zirənin eyniadlı təmsilçisi doğma meydanda "Sabah"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri açıb. 49-cu dəqiqədə Mohamed Hamdaui fərqlənib. Ancaq "Zirə" bu üstünlüyü qoruyub saxlaya bilməyib. Matçın sonlarına yaxın, daha doğrusu 83-cü dəqiqədə "Sabah" bərabərliyi təmin edib. Qonaqların qoluna Şpiro Periçiç imza atıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
 
Günün ilk görüşündə "Qəbələ" doğma meydanda "Səbail" üzərində böyükhesablı qələbə qazanmışdı - 5:0.
 
Səbuhi Həsənov