İdman 14:15 09.10.2019

"Zirə"dən baş məşqçi açıqlaması

Xəbər verdiyimiz kimi, Samir Abasovun gedişindən sonra "Zirə"nin baş məşqçi postuna yerli mütəxəssis gətiriləcəyi ehtimal olunur.

Qaynarifo xəbər verir ki, namizədlər sırasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev, U-17 millimizin sabiq çalışdırıcısı Ramin Quliyev və "Zirə"nin keçmiş baş məşqçisi Adil Şükürov kimi mütəxəssislərinin adının olduğu iddia olunur. 

Məsələ ilə əlaqədar olaraq "Zirə" klubunun mövqeyini öyrəndik. Klubun mətbuat xidmətindən Sport7.az-a verilən məlumata görə, hələ ki, heç bir mütəxəssislə bağlı rəsmi qərar yoxdur. 

Qeyd edək ki, ötən gün klub rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Röya Kərimli