Xəbər lenti

Üzü olmayan uşaq dünyaya gəldi
Sağlamlıq 15:22 26.10.2019

Üzü olmayan uşaq dünyaya gəldi

Portuqaliyada üzün nadir rast gəlinən anadangəlmə qüsuru ilə uşaq dünyaya gəlib. 

Qaynarinfo xəbər verir ki, körpənin gözləri, burnu və kəllə hissəsi yoxdur, o, ancaq ağzıyla nəfəs alır.

Körpə bir neçə həftə əvvəl - 7 oktyabrda doğulub. Doğuşu San Bernardo de Setubal şəhər xəstəxanasının mamaçaları qəbul ediblər. Həkimlər belə bir qüsurla doğulmuş oğlanın ən çox iki gün yaşayacağına inansalar da, valideynləri Marlenlə Davidin qayğı və sevgisi əsl möcüzəyə səbəb olub.

Beləliklə, kiçik Rodriqo nəinki sağ qalıb, hətta bir müddət sonra şüşədən təkbaşına yemək yeməyi də öyrənib.

Valideynləri inanır ki, körpənin bu şəkildə doğulmasının günahkarı Marleni hamiləlik prosesində nəzarətdə saxlayan mama-həkim Arthur Karvalodur. Onlar iddia edir ki, həkim ultrasəs müayinələrinin heç birində patologia görməyib.

Qeyd edək ki, həkimə qarşı istintaq başladılıb. "Correio da Manha” nəşri bundan əvvəl başqa bir qadının Karvalo haqqında şikayət etdiyini yazıb. O qadının körpəsi isə dünyaya çənəsiz və "ərimiş” barmaqlarla gəlmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->