Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki matç baş tutacaq
İdman 10:47 15.12.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki matç baş tutacaq

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
 
Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "Səbail" "ASCO Arena" "Qəbələ" ilə qarşılaşacaq. Saat 13.00-da startı veriləcək qarşılaşmanı Rauf Cabarov idarə edəcək. Daha sonra "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşü Fərid Hacıyev idarə edəcək. 

Turun ilk oyununda aşağıdakı nəticə qeydə alınıb.
 
"Kəpəz” - "Sumqayıt" 1:1

Azərbaycan Premyer Liqası, 17-ci tur

15 dekabr (cümə)

13:00. "Səbail” – "Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
"ASCO Arena”

15:00. "Araz-Naxçıvan” – "Sabah”
 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Dalğa Arena”
 
"Qarabağ" - 35, "Zirə" - 29, "Neftçi" - 25, "Sumqayıt" - 24, "Səbail" - 23, "Araz-Naxçıvan" - 23, "Sabah" - 22, "Turan Tovuz" - 16, "Kəpəz" - 14, "Qəbələ" - 11  

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->