Xəbər lenti

"Neftçi" "İmişli"yə qalib gələ bilmədi
İdman19:26 22.08.2025

"Neftçi" "İmişli"yə qalib gələ bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında II turun açılış oyununda "İmişli" - "Neftçi" qarşılaşması olub. 
Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci dəfə heç-heçəyə imza atıb. Bölgə kollektivi isə Premyer Liqada ilk xalını qazanıb.
Günün digər matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.