Xəbər lenti

Azərbaycan güləşçisi:
İdman 15:56 23.08.2025

Azərbaycan güləşçisi: "Erməni rəqibimə qalib gələrək..."

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) dünya çempionatına Ermənistan idmançısına qalib gələrək qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss edir.

Bunu "Report"a açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksələn idmançının özü deyib.

O, qələbəsini Azərbaycan xalqına və ailəsinə həsr etdiyini söyləyib:

"Bu hissləri sözlə ifadə etmək çətindir. Yarış mənim üçün çox möhtəşəm keçdi. Qarşılaşmadan öncə həyəcan var idi. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün fəxr edirəm. Ən çətin görüşüm finaldakı idmançıya qarşı oldu. Hesabda geridə olsam da, sonradan toparlandım və uğurlu nəticə əldə etdim. Məni yarışa hazırlayan bütün məşqçilərimə və dəstəyinə görə Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->