Ölkə 12:38 18.09.2019

"Azərişıq" ASC-yə məxsus maşın aşdı: Ölən və yaralananlar var

Qubanın Söhüb kəndində "Azərişıq” ASC-yə məxsus maşın aşıb.

Xidməti avtomobilin aşması nəticəsində 2 nəfər həyatını itirib. 2 şəxsin isə yaralandığı bildirilir.

Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.(Konkret.az)