Xəbər lenti

Dünya 11:53 08.02.2018

Bir tərəfdə ABŞ və YPG, digər tərəfdə Suriya: 100-dən çox ölü var

Bəşər Əsəd rejiminin əsgərləri və Hizbullah qüvvələri ABŞ və onun müttəfiqi olan YPG terrorçularının yerləşdiyi Deyr əz-Zor bölgəsindəki qərargahına hücum təşkil ediblər.

Qaynarinfo "Milliyet"ə istinadən xəbər verir ki, hücumun ardından böyük bir münaqişə baş verib. ABŞ 100-dən çox Suriya hərbçisinin öldürüldüyü barədə rəsmi açıqlama yayıb.

Yerli mənbələr ABŞ qırıcılarının Əsəd qüvvələrini vurduğunu bildiriblər.

Rusiya ABŞ-ın açıqlamasından dərhal sonra Bəşər Əsəd qüvvələrinin öldürülməsini hücum olaraq dəyərləndirib.

ABŞ-ın rəsmi açıqlamasına görə 500-dən çox rejim əsgərinin qatıldığı hücumda tank, top və çoxlu sayda raketdən istifadə edilib. Məlumatda həmçinin qeyd olunur ki, 7 ildir daxili müharibələrdən əziyyət çəkən Suriyada bu vaxta qədər belə böyük münaqişə baş verməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->