Xəbər lenti

Ölkə 12:22 06.11.2013

Ebru Gündeş adlı süd markası olacaq


Türkiyəli sənətçi öz fermasının inəklərindən alınan südü bazara çıxaracaq


Azərbaycanlı iş adamı ilə evli olan Türkiyənin tanınmış sənətçisi Ebru Gündeş, deyəsən, özü də iş qadını olmaq qərarına gəlib. Belə ki, Gündeşin Tekirdağ vilayətində yerləşən fermasında 1000-ə yaxın süd inəyi bəslənir və bu inəklər hər gün təxminən 30 min litr süd verir. Ebru Gündeşin bu südü tanınmış bir markaya satdığı bildirilir.

İddialara görə, Ebru Gündeş bu yaxınlarda öz adını daşıyan «Gündeş» markalı süd və qatıq məhsullarını da bazara çıxaracaq.

Ebru Gündeş ona gəlir gətirən fermanı 2009-cu ildə qardaşı Cengiz Kumartaşlıoğlu ilə birlikdə almışdı. Yaxınlarının bildirdiyinə görə, sənətçi vaxtaşırı həyat yoldaşı və uşaqları ilə birlikdə fermaya gəlir və buradakı buzovları öz əlləri ilə yemləyir.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->