Xəbər lenti

Maqazin 18:25 20.10.2014

Nəsrin Cavadzadə məşhur alimin nəvəsi imiş

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidi. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.

Qeyd edək ki. Nəsrin Cavadzadəyə “Altın portağal” mükafatı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Bu, Nəsrin Cavadzadənin ikinci “Altın portağal”ıdır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->