Xəbər lenti

Dünya 19:17 10.12.2017

Netanyahu əleyhinə "Utanc aksiyası"

Adı korrupsiyada hallanan İsrailin baş naziri Binyamin Netanyahu əleyhinə etirazlar davam edir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Tel-Əvivdə 30 min nəfərin iştirakı ilə təşkil edilən aksiyaya bu həftə də 10 minlərlə insan qatılıb. Nümayiş iştirakçıları "Korrupsiyaya son", "Solçu da deyilik, sağçı da, dürüstük", "Rədd ol Netanyahu" şüarlarını səsləndirib, baş naziri istefaya çağırıblar.

Bu günə qədər polisə 6 dəfə ifadə verən baş nazir cəzadan xilas olmaq üçün yeni qanun layihəsini qəbul etməyi planlaşdırmaqda ittiham olunur. O, biznesmenlərdən pul və hədiyyələr almaqda, media qurumu ilə leyhinə xəbər yaymaq üçün razılaşmaqda və Almaniyadan alınan sualtı qayıqların satışı prosesində baş verən korrupsiya məsələsində günahlandırılır.

Qeyd edək ki, Netanyahu iddiaları rədd edir və medianı rəhbərlik etdiyi hakim Likud Partiyasını istefaya məcbur etməkdə ittiham edir. Əgər iddialar öz təsdiqini tapsa, o istefa vermək məcburiyyətində qalacaq.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->