Xəbər lenti

Ölkə 16:42 04.11.2013

Roma Papası şeyxi qonaq çağırdı


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma Papası Fransiski Azərbaycana dəvət edib.

APA-nın məlumatına görə, QMİ sədri A. Paşazadə Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri, Kardinal Can Franko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bu təklifi səsləndirilib.
 
“Mən sizinlə ilk dəfədir, görüşürəm, buna görə də Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə isə Vatikanı təbrik edirəm. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin. Mən onu rəsmi olaraq Azərbaycana dəvət edirəm. Yəqin ki, bizim dövlət səviyyəsində də bu dəvət olacaq”, - deyə A. Paşazadə bildirib.
 
A. Paşazadə özünün də Vatikana getmək arzusunda olduğunu deyib.
 
Öz növbəsində, Kardinal A. Paşazadəni Vatikana dəvət edib. Kardinal bildirib ki, onlar Şeyxülislamın Vatikana səfər etməsində maraqlıdırlar: “Bu səfər ikitərəfli əlaqələr üçün çox mühümdür”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->