Xəbər lenti

10 milyonuncu vətəndaşın atası danışdı
Ölkə 14:38 06.04.2019

10 milyonuncu vətəndaşın atası danışdı

Xəbər verdiyimiz kimi, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Məsələ ilə bağlı unikal.org-a körpənin atası Rauf Həsənov danışıb. O, bildirib ki, bir il bundan əvvəl Ocaqova Nigar Çərkəz qızı ilə ailə həyatı qurub. 

O, əlavə edib ki, körpəsinin Azərbaycanın 10 milyonuncu sakini olmasını xəbərlərdən eşidib: "Özüm polis serjantıyam. Xidmət başındayam. Dostlarım mənə xəbərləri göndərdilər. Oxudum sevincimin həddi-hüdudu yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və bizi təbrik etdilər. Bu bizim ailə üçün ən böyük hədiyyə oldu. Mən də öz və ailəm adından ölkə başçısını, Mehriban xanımı təbrik edir, onlara can sağlığı arzulayıram. Azərbaycan xalqını da təbrik edirik”.

Rauf Həsənov övladına sabah ad veriləcəyinidə deyib: "Sabah valideyinlərimin yanına gedəcəyik. Onlarla məsləhət edəcəyik. Onlar hansı adı rəva bilsələr, onu da körpəmizə qoyacağıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->