Xəbər lenti

Ölkə 17:12 13.04.2019

“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi davam edir

Aprelin 19-da, saat 12:00-da "100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüş olacaq.

Qaynarinfo xəbər verir ki, layihə Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunub.

F.Şəfiyevlə görüş BDU-nun Tarix fakültəsində olacaq. O, 1989-1994-cü illərdə Tarix fakültəsində təhsil alıb.

Qeyd edək ki, layihənin ilk qonağı AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?