Bir çox idman növlərində olduğu kimi şahmatda da gənc idmançılarımızın uğurları davam edir. Azərbaycanın gənc şahmatçısı öz yaş qrupunda üç dəfə Azərbaycan çempionu, 3-sü (Gürcüstanın Batumi şəhəri 2016-cı il), məktəbli şahmatçıların dünya 2-si (Ruminiyanın İassi şəhəri, 2019-cu il) və 20 -dən çox turnirlərin qalibi və mükafatçısıFərid Orucov iyul ayında Serbiyada Paracin şəhərində keçirilən turnirdə uğurlu çıxış etmişdir. Belə ki, Serbiyanın Paracin şəhərində keçirilən turnildə reyting əmsalını 66,4; Senta şəhərindəki turnirdə isə bir qədər də uğurla çıxış edərək 100,8 punkt artıraraq beynəlxalq reytinq əmsalını 2206-ya qədər yüksəltmişdir.
Bununlada 13 yaşlı Fərid Orucov öz yaşıd şahmatçılarını reytinq əmsalında bir qədər də üstələyərək 1-ci yerdə qalmaqda davam edir, U-16 yaşlılar arasında 4-cü yerə yüksəlmişdir.
Bu naliyyətlər münasibəti ilə Fəridin şahmat müəllimi tanınmış beynalxalq qrossmeyster Nicat Məmmədli və Sumqayıt şahmat məktəbinin müəllimi Rəşad Məmmədovu təbrik edir və hər 3 idmançıya yeni uğurlar diləyirik.
Şərhlər