Kamboçiyada 1,7 milyon insanın qətlində ittiham edilən sabiq siyasətçilər Nuon Chea və Khieu Samphan soyqırımda günahkar biliniblər.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, sabiq baş nazir Pol Potun yaxın adamları olmuş 92 yaşlı Chea və 87 yaşlı Khieu 1975-1979-cü illərdə 1,7 milyon Çam müsəlmanı və etnik vyetnamlıların qətində iştirak edib. Hər iki şəxs ömürlük azadlıqdan məhrum edilib.
Soyqırımda ittiham edilən şəxslər qəddar addımları ilə ad çıxarmış "Khmer Rouge" partiyasının üzvləri olub.
Qeyd edək ki, qətliamın əsas iştirakçılarından olan Pol Pot 1998-ci ildə vəfat edib.
Gülşən
Şərhlər