Rusiyanın İrkutsk şəhərində yaşayan 19 yaşlı model Liana Klevçova növbəti çılpaq aksiyası ilə medianın gündəminə düşüb. Aznews.az xəbər verir ki, bu haqda məlumatı “Lifenews” telekanalı yayıb.
Məlumata görə, model bu dəfə sərnişin avtobusunda çılpaq soyunaraq əhalinin diqqətini ictimai nəqliyyatdakı problemlərə yönəltmək istəyib.
Modelin fikrincə, nəqliyyatda gediş haqqı optimal deyil. Onun düşündüyü və “Nəqliyyatın qiyməti: Belə lazımdır” adlandırdığı aksiyada sərnişin və sürücülərdən biri çılpaq olmalıdır.
Əsas məqsəd isə bu yaxınlarda özəl marşrut avtobus sürücülərinin gediş haqqının artırılması ilə bağlı təşkil etdikləri aksiyaya dəstək olmaqdır.
Fotoqraf Aleksandra Timofeyeva bildirib ki, layihəni Liananın özü düşünüb: “O, mənə zəng edərək dedi ki, İrkutsk sürücülərinin tətili ilə bağlı onun yaxşı sosial layihəsi var. Sürücülərdən biri buna razılıq verdi və biz çəkilişə başladıq. İdeya isə bundan ibarətdir ki, əgər gediş haqqı optimal olmasa, digər sürücülər və sərnişinlər də bu aksiyaya qoşulacaqlar. Təbii ki, heç bir sürücü zərərlə işləmək istəmir”.
Qeyd edək ki, Liana bundan öncə də benzinin qiymətinin qalxmasına görə Sberbankın şöbəsinin önündə çılpaq fotosessiya çəkdirib.
Qaynar.info
Şərhlər