Xəbər lenti

200 milyon dollarlıq miras pişiyə qala bilər
Dünya 19:10 21.02.2019

200 milyon dollarlıq miras pişiyə qala bilər

Ötən günlərdə həyatını itirən məşhur kuturye Karl Laqerfeldin 200 milyon dollarlıq sərvətinə pişiyi Şupet sahib çıxa bilər.

Qaynarinfo xəbər verir ki, Laqerfeld 2015-ci ildə verdiyi müsahibəsində pişiyinə aşiq olduğunu, əgər mümkün olsaydı, Şupetlə evlənmək istədiyini dilə gətirmişdi. Karl Laqerfeld milliyətcə almandır və Almaniya qanunlarına görə, pişik sərvətin sahibi ola bilər. 

Şupetin "Instagram"da 239 min izləyicisi var. Ona sahib çıxan şəxs 200 milyon dollarlıq sərvətin də sahibi olacaq. Varis kimi Laqerfeldin sevimli modeli Bred Kroeniq və xaç oğlu Hudson Kroeniq göstərilir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->