Xəbər lenti

200 yaşlı silah şirkəti müflis oldu
Ekonomiks 16:40 13.02.2018

200 yaşlı silah şirkəti müflis oldu

Dünya müharibələrində ən çox istifadə edilən silahlardan olan "Remington" tüfəngini istehsal edən "Remington Outdoor Co." şirkəti müflis olduğunu açıqlayacaq.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib. 3500 işçiyə sahib "Remington Outdoor Co." ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından idi. 

"Remington" 2007-ci ildə "Cerberus Capital Management"in sahibi Stefan Feinberq tərəfindən satın alınıb. Feinberq prezident Donald Trampa verdiyi dəstəklə tanınırdı. Hazırda 1 milyard dollar borcu olan qurum kreditorlara olan borcu ödəyənə qədər rəsmi olaraq mövcud olacaq.

Qeyd edək ki, Donald Trampın prezident seçilməsi silah istehsalçısı olan şirkətlərə mənfi təsir göstərib. Hillari Klinton daha real namizəd hesab edilirdi və o, silah istehsal edən qurumlara məhdudiyyətlər tətbiq edəcəyini bildirmiş və şirkətlər baza yaratmağa başlamışdı. Silah sənayesinə dəstək verən Trampın seçilməsi bazarda satışın azalmasına, əldə qalan mallarla şirkətlərin ziyana düşməsinə səbəb oldu.

Bazarda baş verən geriləmənin digər səbəbi kimi ABŞ əhalisinin arasında bu alətdən istifadədə müşahidə edilən azalmadır. 1973-cü ildə ölkənin 47%-i silah sahibi idisə, hazırda bu rəqəm 31%-dir. 

Digər bir statistikaya əsasən, ölkədəki silahların yarısı ABŞ-ın yetkin şəxslərinin 3%-nin əlində cəmləşib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->